Fransadakı həbsxanalarda dözülməz vəziyyət yaranıb
15:47 05.08.2025
Dünya
337
Fransa həbsxanalarında həddindən artıq sıxlıq müşahidə olunur. Ən ağır vəziyyət isə müvəqqəti saxlanma müəssisələrindədir. Bu müəssisələrdə sıxlıq səviyyəsi 167 faiz təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu ölkənin Ədliyyə Nazirliyinin statistikasına əsasən, son bir ildə həbsxanalarda məhbusların sayı 6442 nəfər artıb. Bundan başqa, bir sıra həbsxanaların binaları qəzalı vəziyyətdədir. Bu kimi hallar isə məhbuslar, eləcə də dustaqlarla penitensiar personal arasında gərginlik yaradır, zorakılıq hallarının artmasına səbəb olur.
Fransa həbsxanalarındakı vəziyyət ölkənin parlament üzvləri, Azadlıqdan Məhrumetmə Yerlərinin Ümumi Nəzarətçisi və Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) tərəfindən dəfələrlə tənqid edilib. AİHM 2020-ci ildə Fransanı insan hüquqlarını pozduğuna görə qınayıb. Avropa Şurasının ötən ay dərc etdiyi hesabata əsasən, Fransa Avropada məhbusların sayının ən çox artdığı ölkələr sırasındadır. Hazırkı göstəricilər Fransa həbsxana sisteminin iflas həddində olduğunu göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial