Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Volqoqrad sakininin dövlətə xəyanətdə şübhəli bilinərək saxlanıldığını açıqlayıb. Bildirilir ki, 1992-ci il təvəllüdlü şəxs 2023-cü ildən Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi ilə məxfi əməkdaşlıq edib.
Sherg.az xəbər verir ki, FSB-nin məlumatına görə, o, pul müqabilində Rusiya mobil operatorlarına aid SİM kartları aktivləşdirib, elektron pul kisələri qeydiyyatdan keçirib, həmçinin xüsusi telekommunikasiya avadanlıqlarını qəbul edib, saxlayıb və ötürüb.
İstintaqın iddiasına əsasən, həmin SİM kartlardan Ukrayna xüsusi xidmət orqanları müxtəlif dələduzluq əməliyyatlarında, o cümlədən döyüş əməliyyatları zamanı itkin düşən və ya əsir götürülən rusiyalı hərbçilərin yaxın qohumlarının aldadılması məqsədilə istifadə ediblər.
Faktla bağlı dövlətə xəyanət maddəsi üzrə cinayət işi açılıb, araşdırma davam edir.