Gürcüstan, nəhayət, Avropaya inteqrasiya yolunu seçəcək -PROQNOZ
Yusif Sultanoğlu
03:15 06.06.2024
Dünya
576
"Guya prezident və baş nazir arasında qarşıdurma mövcuddur
“Bu isə siyasi kataklizmdən qaçmaq üçün gürcü hökumətinin ortaya atdığı taktikadır”
Gürcüstanın 17 müxalifət partiyası ölkə Prezidenti Salome Zurabişvilinin “Gürcü Xartiyası” sənədini imzalayıb. Prezidentin təklif etdiyi xartiya “ölkənin Avropa yoluna qaytarılması” üçün fəaliyyət planını nəzərdə tutur. Sənədə əsasən hökumət vəzifələrinin müəyyənləşdirilməsi prezidentlə koordinasiyalı şəkildə həyata keçiriləcək. Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə deyib ki, onlar Gürcüstanda “Maydan”ın və ölkənin ukraynalaşdırılmasının qarşısının alınması üçün hər şeyi edəcəklər. Baş nazir vurğulayıb ki, hökumətə davamlı olaraq “Maydan”ı xatırladırlar: "Mən sizə “Maydan”ın Ukraynaya nə gətirdiyini xatırlatmaq istəyirəm. Bundan əvvəl Ukrayna iqtisadiyyatı yüksəlişdə olan ölkə idi. Bu gün ölkə məhv edilib, iqtisadiyyat pis haldadır, Rusiya onun ərazisinin 20 faizini işğal edib, on minlərlə insan ölüb… Biz ölkəmizdə ikinci cəbhənin açılmasına icazə verməyəcəyik". Kobaxidze Gürcüstanın Aİ-nin namizəd statusunun dayandırılması çağırışlarına da münasibət bildirib: "Heç kim gürcü xalqını cəzalandırmağa cəsarət etmir. Onlar namizəd statusunun dayandırılması barədə danışırlar, onlar özləri uzun müddətdir ki, namizəd statusunun hökumətə deyil, Gürcüstan xalqına verildiyi barədə danışırlar. Belə bir vaxtda kimsə Gürcüstan xalqından namizəd statusunu alacaqsa, bu çox gülünc olar".
Politoloq Azər Rəşidoğlu "Sherg.az"a bildirib ki, Gürcüstanda uzun müddətdir Rusiya və Qərbə inteqrasiya tərəfdarları arasında qarşıdurma yaşanır. Ekspertin sözlərinə görə, sadəcə olaraq gürcü hakimiyyəti bu məsələnin daha sivil formada həyata keçməsi üçün siyasi manevrlər edir:
"Guya prezident və baş nazir arasında qarşıdurma mövcuddur. Bu isə siyasi kataklizmdən qaçmaq üçün gürcü hökumətinin ortaya atdığı taktikadır. Bütün proseslər Ukrayna savaşının və Ermənistanda cərəyan edən anti-Rusiya ovqatının nəylə nəticələnəcəyi ilə bağlıdır. Güman edirəm, yaxın perspektivdə Gürcüstan Avropaya inteqrasiya yolunu seçəcək. Gürcüstandakı Rusiyayönümlü hakimiyyətin hansısa addımlar atacağını düşünmürəm. Düzdür, hakimiyyət böhranı ola bilər. Ancaq siyasi böhranın dərinləşəcəyini ehtimal etmirəm. Ümumiyyətlə, Gürcüstanda baş verənlərin həm daxili siyasi səbəbləri, həm də geopolitik savaş çaları var".
Analitikin qənaətincə, "Gürcü Arzusu" iqtidarı qəfildən demarş edərək Gürcüstanın avrointeqrasiya xəttindən kənara çıxamağa başlayıb:
"Əgər dünənə qədər Cənubi Qafqazda böyük güclərin razılaşdırılmış balanslı mövqeyi var idisə, bu gün ayırıcı xətlər getdikcə nəzərə çarpır. Ukrayna savaşı, Qərb-Rusiya qarşıdurması Gürcüstanı çətin vəziyyətə salıb. MDB məkanında baş verməkdə olan böyük dəyişikliklər Cənubi Qafqazda ənənəvi tablonu dağıdır. Avropa isə Tbilisidən strateji əməkdaşlıqdan imtina cəhdlərini qətiyyən qəbul etmir. Qərb 2008-ci ilin avqust müharibəsində əldə etdiyi siyasi "rıçaqlarını" indi bölgə üçün təyinedici faktora çevirmək istəyir. Qərb Tbilisidən Avropaya inteqrasiya üçün lazım olan dəstəyi vəd edir, amma bunun üçün əvvəlcə siyasi qərarı elan etməyini tələb edir. "Gürcü Arzusu" isə onun üçün fəlakətli ola biləcək belə dəyişikliyə həvəsli deyil. Amma Gürcüstanda güclü müxalifət var və bu qüvvələr uzun illərdir ki, Avropanın ciddi maliyyə və siyasi dəstəyi ilə platformaya çevriliblər. Həbsdə olan sabiq prezident Saakaşvili də prosesin "motor"udur. Üstəlik, Gürcüstan prezidentinin də hakimiyyətə qarşı çıxması onların xeyrinə işləyir".
A.Rəşidoğlunun fikrincə, "Xarici agentlər haqqında" qanun layihəsinin indiki həssas məqamda müzakirəyə çıxarılması bir qədər təəccüblü görünə bilər, amma qarşıdan seçkilər gəlir:
"Gürcü iqtidarı Qərbin bununla bağlı ölkədə malik olduğu etiraz resurslarını bilə-bilə buna getməklə ola bilsin prosesləri dalğalandırmaq istəyir. Siyasi meydan qızışır, müxalifət hələ 5 ay sonra elan edəcəyi taktiki addımlarını indi açıqlamağa məcbur olur, qanun qəbul olunsa, müxalifətin aldığı milyonlarla dollar yardımın qarşısı kəsilir. Bu baxımdan Qərbin ciddi narahatlığı anlaşılandır. Bütün Avropanın kollektiv şəkildə "Xarici agentlər haqqında" qanunu pisləməsi onu göstərir ki, tərəflər "haqq-hesab gününə" hazırlaşırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media