
HƏMAS-ın Qəzzanı təhvil verməsi səmimiyyətdən çox məcburiyyətin nəticəsi olacaq -RƏY
13:16 17.02.2025
Dünya
548
HƏMAS Fələstin Azadlıq Təşkilatına məktub göndərərək, Qəzzanı Fələstin Milli Administrasiyasının və hökumət komitəsinin nəzarətinə keçirməyə hazır olduğunu açıqlayıb.
Bu barədə mənbələrə istinadən “Skay Nyus Arabia” telekanalı məlumat yayıb.
Mənbə bildirib ki, HƏMAS bir şərt irəli sürüb:
“Şərtə əsasən Qəzza rəsmiləri yeni administrasiyada işlə təmin olunmalı, işdən çıxarılacaqları təqdirdə isə maaş almağa davam etməlidirlər”.
Qeyd olunur ki, HƏMAS bu qərarı öz nümayəndə heyətinin Qahirədə apardığı danışıqlardan sonra Misirin güclü təzyiqi altında qəbul edib.
Xatırladaq ki, daha əvvəl HƏMAS nümayəndələri atəşkəs sazişinin hər üç mərhələsinə riayət etmək niyyətində olduqlarını və gələcəkdə Qəzzanın idarə olunmasında iştirak etməyəcəklərini təsdiqləmişdilər.
Politoloq Taleh Əliyev "Sherg.az"a deyib ki, HƏMAS-ın Qəzza bölgəsini Fələstin Administrasiyasına təhvil verməsi ilə bağlı ilk məlumatı Misir yaymışdı. Lakin HƏMAS bu xəbəri təsdiqləməyib:

"Əgər təşkilat Qəzzanı təhvil verərsə, bu, səmimiyyətdən çox məcburiyyətin nəticəsi olacaq.
Donald Trampın da Qəzza ilə bağlı mövqeyi və tələbi olduqca sərtdir. Bu məsələyə yalnız Fələstin və ərəb dövlətləri deyil, dünyanın müxtəlif regionlarındakı ekspertlər də mənfi reaksiya verib. Trampın bu çağırışının əsas səbəbi isə HƏMAS-ın Qəzzada qalmasının bölgədə sülhün əldə edilməsinə mane olduğunu vurğulaması, hətta təşkilatı yalnız idarəçilikdən uzaqlaşdırmaq deyil, fələstinliləri belə bu ərazidən çıxarmaq tələbini irəli sürməsidir. Bu da HƏMAS-ı güzəştə getməyə məcbur edir.
Bununla belə, təşkilat tamamilə sıradan çıxmaq niyyətində deyil. HƏMAS həm Qəzzanın idarəçiliyində, həm də fələstinlilərin həyatında mövqeyini qorumağa çalışır. Hadisələrin inkişafı və HƏMAS-ın əvvəlki mövqelərindən geri çəkilməsi göstərir ki, ABŞ-ın yeni administrasiyasının sərt tələbləri və İsrailin əldə etdiyi üstünlüklər fonunda Qəzzanın birbaşa Fələstin muxtariyyəti tərəfindən idarə olunması məhdudlaşacaq, hətta mümkünsüz hala gələcək.
Bu səbəbdən HƏMAS dirəniş imkanlarının tükəndiyini, xüsusilə də Qəzza zolağında hərbi və insan resurslarının ciddi itkilərə məruz qaldığını nəzərə alaraq, mövcudluğunu qorumağa çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm
Daxili Qoşunların keçmiş komandanına ağır itki
13:37 12.11.2026
Hadisə
Generalın qızı hakim qarşısına çıxarılır
13:27 12.11.2026
Hadisə
Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
12:52 12.11.2026
Mədəniyyət
Valentina Matviyenko Ermənistana xəbərdarlıq etdi
12:50 12.11.2026
Dünya
Sabah 20 dərəcə isti olacaq
12:31 12.11.2026
Ekologiya