Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti Qəzzada atəşkəs planının ikinci mərhələsini yekunlaşdırmaq üçün Misirin paytaxtı Qahirəyə yola düşüb.
Teleqraf xəbər verir ki, bu barədə "Al Ekhbariya" telekanalı məlumat yayıb.
Məlumata görə, İsraillə danışıqlarda indiyədək ən böyük mübahisə yaradan məsələ HƏMAS-ın silahlı dəstələrinin tərksilah edilməsi olub. Nümayəndə heyəti məhz bu mərhələ üzrə yekun razılığa gəlmək niyyətindədir.
Səfər çərçivəsində HƏMAS təmsilçiləri Misir, Qətər və Türkiyədən olan vasitəçilərlə görüşəcəklər. Əsas məqsəd Qəzzada atəşkəsi möhkəmləndirmək və sülh planındakı bütün şərtlərin yerinə yetirilməsini təmin etməkdir.
Qeyd edilib ki, HƏMAS Sülh Şurası və vasitəçilər tərəfindən təklif olunan sülh planına müsbət yanaşır.