Hindistanda vətəndaşları Azərbaycana “göndərən” şirkət rəhbəri həbs edildi
Yusif Nəzərli
06:36 17.12.2023
Dünya
347
Koçi şəhərinin Kalamasseri qəsəbəsində polis və Mühacirlərin Müdafiəçisi təşkilatı tərəfindən qanunsuz işə qəbul firmalarına qarşı iki günlük əməliyyat zamanı şəhərdə iki firma bağlanıb və bir nəfər həbs edilib.
Globalinfo.az xəbər verir ki,“Bhuvaneshwari Infotech” və “Manpower Consultancy” şirkətləri lisenziyasız fəaliyyət ittihamı ilə bağlanıb. Hər iki şirkətin sahibi, 42 yaşlı Pradip Kumar həbs edilib. Əsasən Azərbaycan, Polşa, Ukrayna və Kanada kimi ölkələrdə insanları işə götürmək vədi verən firmanın möhürləri, dəftərləri və iş üçün müraciət edənlərlə müqavilələr polis tərəfindən götürülüb.
Polisin məlumatına görə, hər iki şirkət işlə bağlı müraciət edən bir neçə müştərini aldadıb. Pradip Kumar məhkəmə qarşısına çıxarılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Hindistanda vətəndaşları Azərbaycan və digər ölkələrdə işədüzəltmə adıyla aldadan qruplaşmanın da üzvləri həbs edilib. Hindistan Polisinin Cinayət İdarəsi Qərbi Benqalda tutulan, xarici ölkələrə saxta işədüzəltmə qurumu adıyla fəaliyyət göstərən dəstənin təşkilatçısı da daxil olmaqla, bir neçə nəfəri həbs edib və ölkənin müxtəlif ştatlarından olan insanların 482 pasportunu geri qaytarıb.
Cinayət işi ilə bağlı yeddi nəfər həbs olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol