“Hizbullah”ın baş katibi: Silahdan imtina etmək Livanın işğalına son qoymayacaq
18:17 05.08.2025
Dünya
526
“Hizbullah” müqavimət qüvvələrinin ABŞ, İsrail və bir sıra ərəb ölkələrinin tələblərini təmin etmək üçün silahlarından əl çəkməsi Livanın suverenliyini gücləndirməyəcək və işğala son qoymayacaq.
“Report” xəbər verir ki, bunu hərəkatın baş katibi Şeyx Naim Qasım televiziya vasitəsilə tərəfdarlarına müraciətində deyib.
“Silahlarımızı yerə qoysaq, İsrailin hücumları dayanmayacaq, ona görə də işğalın kölgəsində qalan tərksilah qrafiki ilə heç vaxt razılaşmayacağıq. Qoy İsrail əvvəlcə 27 noyabr 2024-cü il tarixli atəşkəs razılaşmasını həyata keçirsin”, - o söyləyib.
Şeyx Naim Qasım “Hizbullah”ın silah arsenalının 50 %-nin Livan ordusuna verilməsi müqabilində İsrailin Livanın cənubunda nəzarəti altında saxladığı üç bölgədən çıxarılmasını nəzərdə tutan Amerika planını qəbuledilməz adlandırıb.
Bu bəyanat Livan Nazirlər Kabinetinin silahları yalnız Livan ordusunun əlində cəmləşdirmək üçün qeyri-hökumət qruplarının tərksilah edilməsi planını müzakirə edərkən verilib. “Lebanon 24”ün məlumatına görə, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barak Livan hakimiyyətinə bu planın birinci mərhələsini həyata keçirmək üçün 30 gün vaxt verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial