Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) Hörmüz boğazında kommersiya gəmilərinə hücumlardan sonra bölgədə təhlükə səviyyəsini artırıb.
"Hazırda ətraf mühitə hər hansı ziyan dəyməsi qeydə alınmayıb", - məlumatda deyilir.
UKMTO dənizçilərə xəbərdarlıq edərək bildirib ki, Hörmüz boğazında dəniz minaları mövcuddur və mina təmizləmə əməliyyatları davam etdiyi üçün bölgədə hərbi dəniz qüvvələrinin fəallığı gözlənilir.
Qeyd edək ki, qurum daha əvvəl boğazda "Master of Tanker" adlı tankerin naməlum mərmi ilə vurulduğunu bildirmişdi.
Məlumata görə, gəminin idarəetmə körpüsü zədələnsə də, ekipaj üzvləri salamatdır.