İndi bu, Rusiya üçün əsas problemə çevrilib - Zelenski

Ukrayna 3 min kilometrdən artıq məsafədə yerləşən düşmən hədəflərini vurmaq imkanına malikdir və hazırda daha uzaq məsafələrdə fəaliyyət göstərə biləcək potensialın artırılması istiqamətində işlər davam etdirilir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, müharibə ilə əlaqədar Ukraynanın Rusiyaya qarşı uzaqmənzilli zərbələr planı müəyyən edilmiş prioritetlərə uyğun şəkildə icra olunur:

"Uzun müddət Rusiyanın üstünlüyü hesab edilən strateji arxa cəbhə dərinliyi indi Rusiya siyasi və hərbi rəhbərliyi üçün xüsusi problemə çevrilir. Çünki Rusiyanın hava hücumundan müdafiə sistemlərinin əsas hissəsi Moskva, dövlət iqamətgahları, Krım körpüsü və Sankt-Peterburq ətrafında cəmləşdirilib".