Pakistan tərəfi ABŞ və İran arasında İsveçrədə başlaması gözlənilən danışıqların gecikməsinin səbəbini açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar məlumat verib.
Onun sözlərinə görə, gecikməyə səbəb İran rəsmilərinin Məhərrəm ayı çərçivəsində keçirilən dini mərasimlərə məşğul olmasıdır.
Qeyd edək ki, İran nümayəndə heyətinin İsrailin Livanın cənubuna hücumlarını davam etdirməsi səbəbindən danışıqların ilk raunduna başlamaq üçün İsveçrəyə planlaşdırılan səfərini təxirə saldığı bildirilmişdi.