İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb

ABŞ və Səudiyyə Ərəbistanının İraqda Xalq Səfərbərlik Qüvvələrinin (Həşd əş-Şəabi) obyektlərinə endirdiyi birgə zərbələr nəticəsində Kaşan şəhərindən olan dörd SEPAH hərbçisi ölüb.

APA xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri iyulun 28-də İraqda İranın dəstəklədiyi silahlı qruplaşmalara məxsus obyektlərə birgə zərbələr endiriblər. ABŞ tərəfi bildirib ki, əməliyyat İranın dəstəklədiyi qruplaşmaların ABŞ qüvvələrinə və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücumlarına cavab olaraq həyata keçirilib.