İran səfirinin qovulması ilə bağlı Fransa Prezidentinə müraciət edildi

Fransa Milli Assambleyasının deputatı Erik Siotti İran səfirinin ölkəsindən qovulmasının vaxtının çatdığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, X-də yazıb.

“Artıq İran diktaturasının səfirinin Fransada heç bir yeri yoxdur. Prezident Emmanuel Makrondan xahiş edirəm ki, onu arzuolunmaz şəxs elan etsin və ölkədən qovsun”, - deputat vurğulayıb.

İranın Fransadakı səfiri Məhəmməd Əminnejad ölkəsində etirazların zorakılıqla yatırılmasını müdafiə edib.

“İslam Respublikasının əlləri qana batmayıb”, - səfir söyləyib.