İran Süleymaniyə görə ABŞ-dən 48 milyard dollar tələb edir

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının keçmiş komandiri Qasım Süleymaninin öldürülməsinə görə ABŞ-dən 48 milyard dollar təzminat tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə İranın məhkəmə sisteminin sözçüsü Əli Kazımi bildirib.

O qeyd edib ki, ABŞ hökuməti Qasım Süleymani işi üzrə 48 milyard dollar ödəməyə məhkum edilib və iş üzrə qərar hazırda icra mərhələsindədir: “İttiham aktı verilib və iş məhkəmədə araşdırılma mərhələsindədir”.

Kazımi əlavə edib ki, işin cinayət hissəsi üzrə də 73 nəfər barəsində araşdırma aparılır.