Hörmüz boğazının bağlanması ilə bağlı xəbərlər təkzib olunub.
"Mehr" xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi boğazın bağlanması ilə bağlı iddiaların doğru olmadığını bildirib.
O qeyd edib ki, İran ordusu 14 maddəlik anlaşma memorandumuna uyğun olaraq, ticarət gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidi üzrə tədbirlər görüb və hazırda gediş-gəliş həyata keçirilir.