İran XİN rəhbəri İsraillə gərginliyə getməyəcəklərini bildirib
07:34 20.04.2024
Dünya
407
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ölkəsinə edilən son hücumun arxasında İsrailin olduğunu etiraf etməkdən imtina edib və istifadə edilən silahları daha çox uşaq oyuncağı ilə müqayisə edib.
APA xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında iştirak üçün Nyu-Yorkda səfərdə olan İran xarici işlər naziri "NBC News"a müsahibəsində deyib.
"Dünən gecə baş verənlər hücum deyildi. Onlar dronlara deyil, daha çox uşaqlarımızın oynadığı oyuncaqlara bənzəyirdi", - İran XİN rəhbəri deyib.
O, İsrail tərəfindən irimiqyaslı və güclü bir hücum olmayana qədər İranın cavab verməyi planlaşdırmadığını söyləyib: "Nə qədər ki, İsrailin bizim maraqlarımıza qarşı yeni avantürizmi yoxdur, o zaman bizim heç bir yeni reaksiyamız da olmayacaq".
Lakin xarici işlər naziri xəbərdarlıq edib ki, əgər İsrail İrana hücum etsə, cavab sürətli və sərt olacaq. "İsrail mənim ölkəmə qarşı qətiyyətli addım atsa və bu, sübuta yetirilərsə, bizim cavabımız dərhal və maksimum olacaq. Bu, onların peşmanlığına səbəb olacaq".
İranın baş diplomatı ölkəsinin ötən həftə raketlər və PUA-lar vasitəsilə İsrailə irimiqyaslı hücumu barədə də danışıb. Abdullahian hücumun "xəbərdarlıq" məqsədi daşıdığını bildirib. "Biz Hayfa və Təl-Əvivi vura bilərdik. Biz İsrailin bütün iqtisadi limanlarını da hədəfə ala bilərdik. Ancaq bizim qırmızı xətlərimiz mülki şəxslər idi. Bizim yalnız hərbi məqsədimiz var idi", - xarici işlər naziri deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya