İran Yaponiyaya neft satışına başlayır

İran Yaponiya şirkətlərinə neft satışı ilə bağlı danışıqlara başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Yaponiyadakı neft alıcıları da ABŞ-ın İran neft əməliyyatları üçün 21 avqusta qədər qüvvədə olan icazəsini uzadacağına ümid edirlər. Bundan əlavə, onlar gəmilərin Fars körfəzindən təhlükəsiz keçidinin təmin olunacağını gözləyirlər”, - məlumatda deyilib.

Qeyd edək ki, Tokio 2018-ci ildən bəri İran neftini idxal etmir.