“Həşd əş-Şaabi” qüvvələrinin İrandakı mövcudluğu (ABŞ ilə) mümkün quru müharibəsinə hazırlıq məqsədi daşıya bilər”.
Teleqraf xəbər verir ki, bunu İraqda fəaliyyət göstərən silahlı təşkilatın nümayəndəsi “Iran International”a deyib.
Həmçinin o, İranın Yəməndə fəaliyyət göstərən digər proksi qruplaşması “Ənsarallah”la (husilər) bağlı duruma da diqqət çəkib:
“Husilər məsələsi sona çatmaq üzrədir, yaxın günlərdə Tehranın qruplaşmaya dəstəyi dayandırılacaq”.