İranda iki həftədən artıqdır davam edən kütləvi etirazlar ölkənin suverenliyi və gələcək idarəetməsi ilə bağlı ciddi narahatlıqlar yaradıb. İqtisadi böhran və siyasi narazılıqlar fonunda baş verən aksiyaların uzunmüddətli və genişmiqyaslı prosesə çevrilə biləcəyi bildirilir.
Sherg.az xəbər verir ki, NATO-nun keçmiş böhran idarəetmə mütəxəssisi, professor Sait Yılmazın sözlərinə görə, İranda baş verənlər xarici müdaxilə ssenarilərini də gündəmə gətirir və əsas hədəf dini lider Ayətullah Əli Xameneidir. Ekspert qeyd edib ki, türk mənşəli prezident Məsud Pezeşkian həm İranın ərazi bütövlüyü, həm də region üçün mühüm alternativ sayılır.
Mütəxəssis vurğulayıb ki, İranın parçalanması deyil, suverenliyini qoruyaraq daha demokratik idarəetməyə keçməsi Türkiyə və Türk dünyasının maraqlarına uyğundur. İranın Türk dünyası ilə Anadolu arasında strateji körpü olduğu qeyd edilir.