İranda məşhur aktrisa həbs olundu - VİDEO
Yusif Nəzərli
15:57 20.12.2022
Dünya
483
İranda məşhur aktrisa Təranə Əlidusti həbs edilib.
Mövzu ilə bağlı “Azad İran” “Telegram” kanalı süjet hazırlayıb.
İranda hazırkı xalq etirazlarının özəlliklərindən biri də onun lap başdan ölkənin bir çox tanınmış simaları tərəfindən dəstəklənməsidir.
Etirazlar genişləndikcə xalqın haqq səsinə səs verən sənət adamlarının, eləcə də idmançıların sayı artmaqda davam edib. Bunlardan biri də təkcə İranda deyil, dünya miqyasında tanınmış aktrisa Təranə Əlidusti olub.
Aktrisa etirazçı qadınlarla həmrəylik nümayiş etdirərək, hicabını atıb və buna görə rəsmi “Keyhan” qəzetinin xüsusi qəzəbinə tuş gəlib.
Bir neçə gün bundan öncə 23 yaşlı gənc Mohsen Şekarinin etirazlarda iştirakına görə edam olunmasına Təranə Əlidusti belə münasibət bildirib:
“İndi oturun və bu qaniçənliyin nəticələrini gözləyin”.
Bu cür mövqeyinə görə dekabrın 17-də İran təhlükəsizlik orqanları aktrisanın evinə basqın edərək onu azyaşlı qızının gözü qarşısında həbs edib, həmçinin mənzildə axtarış aparıb və bəzi əşyaları özləri ilə götürüblər.
“Sepah”a bağlı “Təsnim” agentliyinin yazdığına görə, Təranə Əlidusti yalan və təhrif olunmuş məlumatlar yaymaqda, vətəndaşları iğtişaşlara təhrik etməkdə və anti-İran qüvvələri dəstəkləməkdə ittiham olunur.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya