
İranda parlament seçkiləri qapıdadır -ŞƏRH
Yusif Nəzərli
07:55 14.02.2024
Dünya
1352
İqtisadi böhran, milli valyutanın növbəti şoka məruz qalması liberalları mühafizəkarlar qarşısında önə çıxaracaq
“Rəisinin özünün Xameneinin oğlu Müctəba Xamanei ilə rəqabəti var. Bunun özü prezidentin proseslərdəki rolunu zəiflədə bilər”
Fevralın 28-də İranda parlament seçkiləri keçiriləcək. İran Prezidenti İbrahim Rəisi Ekspert Assambleyasına (Məclisi) keçiriləcək seçkinin prosedur mərhələlərindən qalib kimi çıxır. Məclis Konstitusiyaya əsasən, ali dini rəhbərin təyin edilməsinə, onun fəaliyyətinə nəzarət və vəzifədən azad edilməsinə cavabdeh olan 88 ixtisaslı islam hüquqşünası və din xadimindən ibarətdir. Rəisinin Ekspertlər Məclisinin üzvü olması üçün yolu açan əsas məqamlardan biri ona meydan oxuyan namizədlərin prosesdən “qovulması”dır.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, bir neçə mötədil namizədin, o cümlədən keçmiş Prezident Həsən Ruhaninin Ekspertlər Məclisi üçün təyin edilən seçki prosesindən diskvalifikasiya edilməsi Rəisinin Məclisdə mövqeyinin təminini asanlaşdırır. Ekspertin sözlərinə görə, namizədləri yoxlamaq vəzifəsini həyata keçirən Mühafizə Şurası elə mühafizəkar kəsimin daxilində kəskin qınanılır:
"Keçmiş Prezident Mahmud Əhmədinejadın müşaviri olmuş Abdulreza Davari Mühafizə Şurasını İbrahim Rəisinin xeyrinə kurs diktə etməkdə təqsirləndirib. İranda seçkiöncəsi situasiya ali rəhbər Seyid Əli Xameneinin xələfinin təyin edilməsi hallarını əhatə edir. Görünür ki, bu məsələdə liberallar mühafizəkarlara açıq fərqlə uduzurlar. Belə bir anda mötədillərin siyasi meydanda itirilmiş mövqelərini bərpa etməsi üçün alternativlər yox deyil. Çünki İranda seçkiöncəsi iqtisadi böhranın tüğyan etməsi, milli valyutanın növbəti şoka məruz qalması liberalları mühafizəkarlar qarşısında bir qədər irəli çəkmək potensialına malikdir. Üstəgəl, Rəisinin özünün Xameneinin oğlu Müctəba Xamanei ilə rəqabəti var. Bunun özü prezidentin proseslərdəki rolunu zəiflədə bilər. Təbii ki, liberalların bu potensialı necə dəyərləndirmələri İranın siyasi isteblişmentindəki bir-birinə paralel olan güclərin iradəsindən daha çox asılıdır. Bununla belə, onları başqa mənbələr ruhlandırmağa həvəsli ola bilərlər. Söhbət İrana rəqib olan dövlətlərin ölkədəki kəşfiyyat fəaliyyətindən gedir".

Analitik vurğulayıb ki, "düyünlü nöqtə”də dövriyyəyə SEPAH girərək prosesləri idarə etməyə çalışır:
"İranın Yaxın Şərqdə ABŞ, Böyük Britaniya və onların müttəfiqləri ilə gərginliyinin artması SEPAH-a daxildəki günahları xarici müdaxilələrin üzərinə yıxmağa imkan verir. SEPAH burada öz informasiya aparatlarından istifadə edərək proseslərdəki kölgəsini hiss etdirir. Belə deməyə səbəb verən açıqlamaya diqqət etməkdə fayda var. İran hökumətinin İnformasiya Şurasının rəisi Sepehr Xələci iqtisadiyyatın sabitliyinin pozulmasının arxasında “Qərbdəki düşmənlərin” dayandığı tezisini irəli sürüb. Ultramühafizəkar siyasətçi Hüseyn Şəriətmədari də eyni iddiaları təkrarlayıb. Valyuta bazarında dəyişiklikləri elan edən internet saytlarının, sosial media platformalarının dalğalanmalara səbəb olduğunu bildirib. SEPAH-ın özünün də İbrahim Rəisi ilə problemləri az deyil. Lakin islam inqilabını mühafizə edən ali qanadın prezidentlə sövdələşmə vitrinində dayandığını görmək elə də çətin olmamalıdır. SEPAH bu kartı aşkar bir surətdə Müctəba Xamenei ilə əvəzləməyə də qadirdir. Bu, SEPAH-a seçki fonunda ölkə daxilindəki problemlərə və xaricdəki eskalasiyalara ölçülmüş yanaşmasının açarı kimi təqdim oluna bilər. Yəni İranın seçki teatrı Tehranın Yaxın Şərqdəki imperativləri ilə uyğunlaşdırılmalıdır. Bu, SEPAH-ın əsas məqsədlərindən biri kimi görünür. SEPAH-ın cilalama metodları post-Xamenei dövrünə hazırlıq məşqidir və bu xətti ölkə daxilində və xarici siyasətdə şiddətlənən gərginlik izləyəcək. SEPAH hər vəchlə özünü İranın təhlükəsizliyini qoruyan zəmanətli qüdrət olduğuna inandırmaq üçün ölkə daxilində də iğtişaşlara yön verə bilər.
Deməli, seçki ərəfəsində və ondan sonrakı dövrdə İranda cərəyan edə biləcək hadisələr ölkə hüdudları ilə yanaşı, Yaxın Şərqdəki güc balansına dərin təsir ölçüsünü qazanacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm