"Sanksiyalar və blokada ilə bağlı illüziyalar nəticə verməyəcək".
Teleqraf xəbər verir ki, bu barədə İranın daxili işlər naziri İskəndər Momeni bildirib.
O sərhəd əyalətlərinin qubernatorlarını xüsusi səlahiyyətlərindən istifadə edərək dəniz blokadası təhlükəsini neytrallaşdırmağa və düşmənin bu istiqamətdəki planlarını pozmağa çağırıb:
Səkkiz min kilometrdən çox quru və dəniz sərhədinə malik İran üçün sanksiya təzyiqi və blokada cəhdləri düşməni məqsədinə çatmayacaq.