İranın “Uran oyunu” ! – “Qlobal müharibə ehtimalı da var ”
Banuçiçək Kalbalıyeva
12:10 07.01.2021
Dünya
499
“Dünya gücləri İranın nüvə ölkəsinə çevrilməsinə imkan verməz”
« Rəsmi Tehran da nə etdiyini bilir. Gələcəkdə geri addım atmaq müqabilində sanksiyaları yumşaltmaq istəyir”
İran 20 faizlik zənginləşdirilmiş uranın istehsalına başlayıb. Bu barədə İranın dövlət sözçüsü Əli Rəbii bir neçə gün əvvəl məlumat verib.
“Bu proses ilkin addımlar, o cümlədən Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) məlumat vermək kimi addımlar atıldıqdan sonra baş tutub”. Dövlət sözçüsü bildirib ki, bu addım ölkə prezidenti Həsən Ruhaninin göstərişi ilə atılıb.
Qeyd edək ki, Avropanın üç böyük dövləti İrana xəbərdarlıq edib. Böyük Britaniya, Almaniya və Fransa İranı uranı 20 faizə qədər zənginləşdirmək prosesini dayandırmağa çağırıb. TASS agentliyi xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bəyanatda İslam Respublikasının uranı 20 faizə qədər zənginləşdirməyə başladığından dərin narahatıq ifadə olunur və bu addım təsirli diplomatik fəaliyyət imkanlarını məhdudlaşdıran fəaliyyət kimi qiymətləndirilir.
Hazırda regionun “qaynar qazan” olduğu çoxlarına məlumdur. Belə bir şəraitdə rəsmi Tehranın nüvə silahına sahib olmaq iddiası beyinlərdə sayı-hesabı olmayan suallar yaradır. İran, həqiqətənmi, bütün real təhlükələri göz önünə alaraq super-dövlətə çevrilmək istəyir? Əgər belədirsə, gərək bir çoxlarının “ayağını tapdalasın”. Təbii ki, o vaxtadək özü əzilməsə...
Vəziyyəti “Sherg.az”a şərh edən Azərbaycan Demokrat Partiyasının sədr müavini, politoloq Həsrət Rüstəmov bunun İrana baha başa gələcəyini düşünür:
“Əslində cənub qonşumuz 20 faizlik zənginləşdirilmiş uranın istehsalına çoxdan başlamışdı . Dünya ölkələri, o cümlədən ABŞ-ın sanksiyalarına görə geri addım atası oldu. İndi isə prosesə yenidən start verib. Bu, həm özünün, həm də regionun taleyi ilə oynamaq deməkdir. Çünki xüsusilə koronavirus pademiyası ilə əlqədər olaraq İranda vəziyyət olduqca gərgindir. ABŞ-ın tətbiq edə biləcəyi yeni sanksiyalar mövcud situasiyanı daha da gərginləşdirəcək. Əgər sanksiyalar nəticə verməsə, daha sərt addımlar atıla bilər. Düzdür, bunu real hesab etmirəm, amma qlobal müharibənin başlanması ehtimalı da var. Hər halda dünya gücləri İranın nüvə ölkəsinə çevrilməsinə imkan verməz”.
H.Rüstəmov, həmçinin İranın bu addımının arxasındakı məqsəd barədə də danışıb:
“Bizim əlaləqələrimiz, qarşılıqlı iqtisadi əməkdaşlığımız var. Yəni xaotik vəziyyətin yaranması, necə deyərlər, “suların bulanması” bizə də sərf etmir. Biz sülhün, sabitliyin tərəfdarıyıq. Amma rəsmi Tehran da nə etdiyini bilir. Fikrimcə, belə bir işə start verməklə gələcəkdə geri addım atmaq müqabilində sanksiyaları yumşaltmaq və daha əlverişli beynəlxalq şərait yaratmaq istəyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə