İsmayıl Bəqai: Memorandum prezidentlər tərəfindən imzalanıb

ABŞ ilə İran arasında anlaşma memorandumu hər iki ölkənin lideri - Məsud Pezeşkian və Donald Tramp tərəfindən imzalanıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlama verib.

AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, o, İran və ABŞ arasındakı anlaşma memorandumunun distant şəkildə imzalandığını bəyan edib.

“Danışıqlar qruplarının Cenevrədə iştirak proqramı qüvvədə qalır, lakin memorandum distant qaydada imzalanıb. İsveçrədə imzalama mərasimi keçirilməyəcək", - deyə Bəqai əlavə edib.