İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzzanın mərkəzində keçirdiyi əməliyyatla HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin rəhbərini zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hərbçilər Deyr əl-Balah bölgəsinə zərbə endirərək təşkilatın əsas kəşfiyyat qurumuna rəhbərlik edən Vail Musa Xaled Ladauini zərərsizləşdiriblər.
Vail Musa Ladaui İsrailə qarşı hücumların planlaşdırılmasında və HƏMAS komandirlərinin qərarlar qəbul etməsində mühüm rol oynayıb.
Hərbçilər əməliyyat zamanı mülki əhalinin zərər görməməsi üçün qabaqlayıcı tədbirlər görüldüyünü də vurğulayıblar.