İsrailin diaspor işləri naziri Amiçai Şikli Türkiyə, Qətər və Pakistanın regional təsirinin artmasının Təl-Əvivdə narahatlıq yaratdığını bildirib.
Sherg.az xəbər verir ki, Likud Partiyasının üzvü olan nazir 103 FM radiosuna açıqlamasında ABŞ-la İran arasında əldə olunan razılaşmanı şərh edib.
Şikli bildirib ki, onu ən çox narahat edən məsələ İran iqtisadiyyatının canlanması deyil, bu razılaşmanın formalaşdırdığı yeni siyasi xəttdir:
“Türkiyə, Qətər və Pakistanın daxil olduğu yeni bir oxun gözlərimizin önündə yüksəldiyini görürük. Bu, daha çox narahatlıq doğurur”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şerif ABŞ və İran arasında əldə olunan razılaşmanın bölgədə, o cümlədən Livanda qarşıdurmaların dayandırılmasını nəzərdə tutduğunu açıqlamışdı. Pakistanın Ankaradakı səfiri Yusuf Junaid isə bu prosesdə Türkiyənin mühüm rol oynadığını bildirmişdi.