İtaliyanın keçmiş baş naziri Berluskoninin oğlu ağır yol qəzası keçirib

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin oğlu Pyer Silvio Berluskoni ölkənin şimalında ağır yol-qəzası keçirib.

Sherg.az xəbər verir ki, məlumata görə, qəza Villanta və Arcore arasında baş verib. O, iş yerindən evə qayıdarkən qarşı zolaqdan çıxan avtomobilin səbəb olduğu toqquşma nəticəsində qəzaya düşüb.

Hadisə zamanı avtomobillərdən biri ciddi zədələnib, təhlükəsizlik yastıqları açılıb. Pyer Silvio Berluskoni yüngül xəsarətlər alıb və həyatına təhlükə olmadığı bildirilir.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.