ABŞ-ın Kaliforniya ştatının Santa-Klara dairəsində keçirilən məclis faciə ilə nəticələnib. Hadisə nəticəsində bir nəfər hadisə yerində ölüb, daha altı nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Sherg.az xəbər verir ki, dairə şerifinin ofisinin məlumatına görə, insident şənbə gecəsi kütləvi tədbir zamanı baş verib. Məclisdə təxminən 300 nəfər iştirak edirmiş. Bir müddət sonra şəxsiyyəti hələ müəyyən edilməmiş bir nəfər odlu silahdan atəş açmağa başlayıb.
Los Angeles Times qəzetinin yazdığına görə, tədbir rəsmi icazə olmadan təşkil edilmiş və sosial şəbəkələrdə geniş şəkildə reklam olunmuşdu. Atəş açılmasının səbəbi hələ məlum deyil. Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışını davam etdirir.
Bundan əvvəl mətbuatda Rusiyanın Novosibirsk şəhərində bar yaxınlığında baş vermiş münaqişə zamanı bir gəncin bıçaq xəsarətləri alması barədə də məlumat yayılmışdı.