KİV: Aİ XİN başçılarının görüşündə müzakirə olunacaq mövzular açıqlanıb
KİV: Aİ XİN başçılarının görüşündə müzakirə olunacaq mövzular açıqlanıb
08:24 30.05.2024
Dünya
379
Şərq cinahının müdafiəsi üçün NATO-nun hava hücumundan müdafiə potensialı sadəcə 5 faiz həcmindədir.
APA-nın “Financial Times”a istinadən xəbərinə görə, bu barədə alyansdakı mənbələr açıqlama verib.
Bildirilib ki, Yunanıstan və Polşanın hökumət başçıları Avropa Komissiyasının prezidenti Ursula von Der Leyenə göndərdikləri məktubda həmin faktoru xüsusilə qeyd ediblər.
Məhz bu məqsədlə alyans ölkələrinin XİN başçıları mayın 30-da İsveçdə toplaşacaq.
Görüşün əsas mövzusunu Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi, eləcə də Rusiyanın mümkün eskalasiya xarakterli addımlarından qorunmaq təşkil edəcək.
Nəşr onu da xatırladır ki, rəsmi Moskvanın addımları Almaniya da daxil olmaqla, bir sıra dövlətləri uzunmüddətli effektiv qərarların qəbulu üzərində düşünməyə vadar edib. Təkliflərdən biri də Avrozonanın ABŞ və İsrailin hava hücumundan müdafiə sistemlərindən istifadə etməsi olsa da, Fransanın bu təklifin əleyhinə çıxması tərəflər arasında fikir ayrılığı yaradıb. Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis İsrailin “Dəmir günbəz” sisteminə analoq sayılacaq vasitələrin tətbiqi üzərində düşünməyin vacibliyini qeyd edib.
Bu arada, NATO-nun adının açıqlanmasını istəməyən rəsmisi alyansın bu istiqamətdəki planları barədə sualını cavablamaq istəməyib. Bildirib ki, belə informasiyalar məxfi xarakter daşıyır.
O, Qərb ölkələrinin yeni hava hücumundan müdafiə sistemlərinə sərmayə cəlb etdiyini desə də, onların vahid çətir altında inteqrasiyasının yaranan problemləri həll edəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, bir qədər əvvəl “Bloomberg“ Fransa ilə Almaniyanın bu həftə ərzində hava hücumundan birgə müdafiə tədbirləri üzrə müştərək plan açıqlayacağını yazıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual