KİV: İtaliya ABŞ-ni Çinin “Bir kəmər – bir yol” təşəbbüsündən çıxmaq planları barədə xəbərdar edib
Yusif Nəzərli
16:57 09.05.2023
Dünya
556
İtaliya ilin sonuna qədər Çinin “Bir kəmər – bir yol” təşəbbüsündə iştirakını dayandırmağı planlaşdırdığı barədə ABŞ-ni xəbərdar edib.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, İtaliyanın Baş naziri Corca Meloni mayın 4-də ölkəsinin paytaxtı Romada keçirilən görüşdə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkartiyə bildirib ki, yekun qərar hələ qəbul edilməsə də, kabinet üzvləri təşəbbüsdən geri çəkilməsindən yanadırlar.
Agentliyin məlumatına görə, bu niyyət Meloninin İtaliyaya Çin investisiyası ilə bağlı mövqeyi ilə əlaqəlidir. Həmçinin, “Bloomberg”in məlumatına görə, İtaliyanın təkər istehsalçısı “Pirelli”nin ən böyük səhmdarı olan Çinin “Sinochem” kimya korporasiyasının İtaliyaya təsirini məhdudlaşdırmaq üçün ölkə rəhbərliyinin səlahiyyətlərinin işə salınması mümkündür.
Agentlik mənbələri vurğulayıblar ki, Vaşinqton uzun müddət Romaya bu məsələdə ictimai mövqe tutmaq və təşəbbüsdən geri çəkilmək üçün fəal şəkildə təzyiq göstərib.
Baş nazirin nümayəndələri “Bloomberg”ə şərh verməkdən imtina ediblər.
Xatırladaq ki, İtaliya 2019-cu ildə Baş nazir Cüzeppe Kontenin dövründə Çinin “Bir kəmər - bir yol” təşəbbüsünə qoşulub və iştirak etmək üçün memorandum imzalayan yeganə “G7” ölkəsi olaraq qalır. Romanın müdaxiləsi olmasa, İtaliyanın təşəbbüsdə iştirakı 2024-cü ildə avtomatik olaraq uzadılacaq.
Qeyd edək ki, “Kəmər və Yol Təşəbbüsü” (əvvəlki adı ilə “Bir kəmər – bir yol”) Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyasıdır. “Kəmər” sözü “İpək Yolu İqtisadi Kəməri”nin qısaltmasıdır.
Bu Çin təşəbbüsünün mahiyyəti Pekinlə mövcud regional ikitərəfli və çoxtərəfli mexanizmləri və qarşılıqlı fəaliyyət strukturlarını gücləndirməklə beynəlxalq əməkdaşlıq və inkişafın yeni modelini aramaq, formalaşdırmaq və təşviq etməkdir. Qədim İpək Yolunun ruhunun davam etdirilməsi və inkişafına əsaslanan “Bir kəmər – bir yol” regional iqtisadi tərəfdaşlıq üçün yeni mexanizmlərin işlənib hazırlanmasına, iştirakçı ölkələrin iqtisadi rifahının təşviqinə, bütün sahələrdə mədəni mübadilə və əlaqələrin gücləndirilməsinə çağırır. Çinin rəsmi məlumatlarına görə, “Bir kəmər – bir yol” Avrasiyanın əksər hissəsini əhatə edir, inkişaf etməkdə olan ölkələri, o cümlədən “yeni iqtisadiyyatları” və inkişaf etmiş ölkələri birləşdirir. Meqalayihənin ərazisində dünya əhalisinin 63 %-i yaşayır və təxmin edilən iqtisadi miqyası 21 trilyon ABŞ dollarıdır. 2022-ci ilə qədər bu təşəbbüsə 1 trilyon dollardan çox sərmayə qoyulub.
Bəzi müşahidəçilər və skeptiklər bunu Çin mərkəzli beynəlxalq ticarət şəbəkəsi yaratmaq planı kimi şərh edirlər. Buna cavab olaraq, ABŞ, Yaponiya və Avstraliya 2019-cu ildə “Blue Don Network” (“Mavi Nöqtə Şəbəkəsi”) əks-təşəbbüsünü, ardınca 2021-ci ildə “G7” “Build Back Better World” (“Daha Yaxşı Dünya Yaratmaq”) təşəbbüsünü irəli sürüblər.
Layihənin neokolonializmin bir forması olması ilə bağlı narahatlıqlar da mövcuddur. Bəzi hökumətlər “Kəmər və Yol Təşəbbüsü”nü neokolonial olmaqda ittiham ediblər, çünki onlar Çinin təşəbbüsün infrastruktur layihələrini maliyyələşdirmək üçün borc tələsi diplomatiyası tətbiq etdiyini iddia edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya