Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib

Ukrayna paytaxtı Kiyevin Podolsk rayonunda hava hücumu xəbərdarlığından sonra anbar binalarında yanğın qeydə alınıb.

Sherg.az xəbər verir ki, şəhərdə 20 dəqiqəlik hava həyəcanı elan edilib və partlayış səsləri barədə məlumatlar yayılıb.

Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində də partlayışlar baş verdiyi bildirilir. Vilayətdə hava hücumu xəbərdarlığı qüvvədədir.