Kiyevin mərkəzində “Ukraynanın təslim olmasına” qarşı mitinq başlayıb
11:20 09.01.2022
Dünya
655
Kiyevdə ölkənin Xarici İşlər Nazirliyinin yaxınlığındakı Mixaylovskaya meydanında dünya liderlərini "Ukraynanın təslim olmasının qarşısını almağa" çağıran mitinq başlayıb. Aksiya Rusiya Federasiyası ilə ABŞ arasında aparılan danışıqlar ərəfəsində keçirilir.
APA bildirir ki, bu barədə RİA Novosti-nin müxbiri xəbər verir.
Məlumata görə, meydanda Ukraynanın dövlət bayraqları və “Azad insanlar” ictimai təşkilatının bayraqları ilə onlarla insan toplaşıb. Onların heç bir siyasi simvolu olmadığı bildirilir.
Onlar dünya liderlərini Ukraynanın təslim olmasının qarşısını almağa çağırırlar.
Mitinq iştirakçılarından biri jurnalistə belə deyib:
“Rusiya Ukraynanı yanvarın 10-da təslim olmağa məcbur etmək istəyir. Biz ona görə bura gəldik ki, dünya liderlərinə çağırış edək. Qoy onlar Putinə (Rusiya Federasiyasının prezidenti Vladimir Putinə) “yox” desinlər. Kompromislər yalnız yeni müharibələrə və itkilərə səbəb olacaq”.
Bir neçə polis mitinqdə ictimai asayişə nəzarət edir. Ukrayna paytaxtının mərkəzində vəziyyət sakitdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət