Kobaxidze: Baydenin dəvətinin ləğv edilməsi qeyri-ciddidir və müxalifəti dəstəkləmək məqsədi daşıyır
Yusif Nəzərli
05:22 26.09.2024
Dünya
432
Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ Prezidenti Co Baydenin rəsmi qəbuluna dəvət edilənlərin siyahısından çıxarılmasına münasibət bildirib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, hökumət başçısı jurnalistlərə açıqlamasında ABŞ administrasiyasının bu addımının qeyri-ciddi olduğunu və müxalifəti dəstəkləmək məqsədi daşıdığını qeyd edib.
“Mən bu barədə xüsusi şərh verə bilmirəm. Bu qeyri-ciddidir, onlar üç gün əvvəl dəvət göndərdilər və daha sonra bunu ləğv etdilər. Bu bir növ müxalifətin xeyrinə atılmış humanitar addımdır, baxmayaraq ki, bunun müxalifət üçün də praktiki effekti olmayacaq. Bu mövzuda əlavə şərh vermək mənim üçün çətin olacaq”, - Kobaxidze deyib.
Qeyd edək ki, İrakli Kobaxidze ABŞ Prezidentinin BMT Baş Assambleyasında iştirak edən dünya liderləri üçün təşkil etdiyi ənənəvi qəbula dəvət edilib, lakin dəvət daha sonra Ağ Ev tərəfindən ləğv edilib.
“Amerikanın Səsi”nin məlumatına görə ABŞ Prezidentinin administrasiyası eyni zamanda Gürcüstan nümayəndə heyəti ilə nəzərdə tutulmuş bütün görüşləri də ləğv edib. Nəşr Ağ Evin bu qərarını Gürcüstanda “xarici agentlər” qanununun qəbul edilməsi, həmçinin QHT-lərə münasibət, Qərb əleyhinə ritorika ilə əlaqələndirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə