Noyabrın 28-də adı korrupsiya qalmaqalında hallanan Timur Mindiçə qarşı sui-qəsd cəhdi olub.
APA “UNIAN“a istinandən xəbər verir ki, bu barədə iş adamı İqor Kolomoyski məhkəmə zalında bildirib.
“Bu sui-qəsd cəhdi idi, cinayətkarlar həbs olunub. Ev işçisini yaralayıblar”, – iş adamı məlumat verib.
Xatırladaq ki, Timur Mindiç Ukraynada korrupsiya qalmaqalında adı hallandıqdan sonra İsrailə qaçıb.