Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 245 nəfərə çatıb.
Sherg.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Samuel Rojer Kamba məlumat verib.
Nazirin sözlərinə görə, ölkədə artıq 933 Ebola yoluxması təsdiqlənib. Hazırda 416 nəfər xəstəxanada müalicə olunur, 80 nəfər isə sağalaraq evə buraxılıb. Ölüm göstəricisi 26 faiz təşkil edir.
Qeyd olunub ki, Ebola əsasən Afrika ölkələri üçün ciddi təhlükə olaraq qalır. Mütəxəssislər Rusiyada virusa yoluxma riskinin aşağı olduğunu, xəstəliyin əsasən Afrikaya səfər və yoluxmuş şəxslərlə təmas nəticəsində yayıldığını bildirirlər.