Koronavirus tədbirlərinə qarşı etiraz aksiyasında polislə toqquşmalar baş verib
02:37 11.04.2021
Dünya
535
Artıq ənənə halını alan və hər həftəsonu Avstriya paytaxtında hökumətin koronavirus pandemiyasına qarşı həyata keçirdiyi məhdudlaşdırıcı tədbir və karantin qaydalarına qarşı növbəti icazəsiz etiraz aksiyaları olub.
AZƏRTAC xəbər verir ki, təşkilatçıların “bütün nümayişlərin anası” adı verdiyi budəfəki aksiya indiyədək olan etiraz yürüşlərindən öz aqressivliyi ilə seçilib. Polisin mütəşəkkil şəkildə tədbirlər görməsini əngəlləmək üçün aksiyadan az müddət öncə sosial şəbəkələr üzərindən öz tərəfdarlarına konkret məkan və vaxtla bağlı məlumat verən təşkilatçılar bu dəfə Mərkəzi Dəmiryolu Vağzalının yaxınlığındakı parkı toplaşma nöqtəsi kimi seçiblər. Polisin aksiyanın qeyri-qanuni olduğunu və ərazini tərk etməyə dair çağırışlarına məhəl qoymayan aksiya iştirakçıları polisin həmin ərazidə yaratdığı mühafizə kordonunu yarmağa çalışıb. Bu zaman aksiya iştirakçıları ilə polis arasında toqquşmalar baş verib, saxlanılanlar var.
Vyana Federal Polis Direktorluğunun sözçüsü Markus Dittrixin mətbuata verdiyi açıqlamaya görə hücum və təxribatların qarşısını almaq üçün polis əməkdaşları gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etməli olub.
Aksiya başa çatdıqdan sonra verilən məlumata görə, təxminən üç min nəfərin toplaşdığı aksiyada azı on nəfər polis tərəfindən saxlanılıb. Hər icazəsiz aksiyada olduğu kimi bu dəfə də şəxsiyyəti müəyyənləşdirildikdən sonra yüzlərlə aksiya iştirakçısına qarşı inzibati cəza tədbirlərinin görüləcəyi gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol