Kral cinsi istismarda ittiham olunan qardaşını saraydan qovdu
04:27 25.12.2022
Dünya
367
Böyük Britaniya Kralı III Çarlz yetkinlik yaşına çatmayan azyaşlını cinsi istismar etməkdə təqsirli bilinən kiçik qardaşı şahzadə Endryunu Bukingem sarayından qovub.
Axşam.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. Saraya yaxın mənbə nəşrə bildirib ki, Endryunun Bukengemdə qalması artıq rəsmi olaraq mümkün deyil. Kral bunu açıq şəkildə vurğulayıb ki, Endryu artıq krallıq vəzifələrini yerinə yetirməyəcək, o, təkbaşınadır.
Belə ki, bundan sonra şahzadə Endryu sarayının ünvanından yazışmalar üçün istifadə edə bilməyəcək.
Bununla yanaşı, nəşr yazır ki, Endryu Sandrinqem sarayında kral ailəsinin digər üzvləri ilə Milad bayramı üçün nəzərdə tutulan ziyafətdə iştirak edəcək.
Qeyd edək ki, amerikalı Virciniya Roberts-Qiuffre 17 yaşında olanda dəfələrlə şahzadənin təcavüzünə məruz qaldığını iddia edib. Virciniyanın dediyinə görə, bu, onun dostu, pedofiliyada və yetkinlik yaşına çatmayanların cinsi alverində ittiham olunan milyonçu Cefri Epşteynin malikanəsində baş verib. Mərhum Kraliça II Elizabet onu hərbi rütbə və titullardan məhrum etmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza verildi
04:00 25.04.2026
Futbol
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya