Kreml: Tezliklə Tramp-Putin görüşü ilə bağlı iş başlanacaq
10:08 13.02.2025
Dünya
556
Kreml ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə görüşünün Səudiyyə Ərəbistanında keçiriləcəyi ilə bağlı dediklərini nə təsdiq nə də təkzib edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov dövlət başçılarının dünən telefon danışığı zamanı onların özlərinin təmasları davam etdirəcəkləri, həmçinin müvafiq işə başlamaları üçün dərhal öz köməkçilərinə tapşırıqlar verəcəkləri barədə razılığa gəldiklərini bildirib: "Tezliklə işə başlanılacaq. Hadisələrin necə olacağını gözləməli olacağıq, sonra hansı yer və hansı zaman çərçivəsini deyə biləcəyik".
Kreml rəsmisi Putinlə Trampın danışığının əhəmiyyətini qiymətləndirib: “Bu, çox vacib danışıqdır. Bu fonda bir neçə ildir ki, Moskva ilə Vaşinqton arasında yüksək səviyyəli təmaslar yoxdur. Əlbəttə ki, təmasların olmaması hər hansı bir həll variantının axtarışına heç bir töhfə vermədi. Əvvəlki ABŞ administrasiyası belə bir fikirdə idi ki, müharibəni davam etdirmək üçün hər şey edilməlidir. Hazırkı administrasiya, anladığımız kimi, bu fikirdədir ki, müharibəni dayandırmaq və sülhün bərqərar olması üçün hər şey edilməlidir. Biz hazırkı administrasiyanın mövqeyindən daha çox təsirləndik və dialoqa açığıq”.
Peskov qeyd edib ki, Putin və Tramp telefon danışığı zamanı Rusiya-Amerika münasibətləri kontekstində enerji məsələlərini də müzakirə ediblər. Onun sözlərinə görə, telefon danışığı zamanı Amerikanın Rusiyaya qarşı sanksiyalarının ləğvi mövzusu qaldırılmayıb.
Kreml nümayəndəsi Putin və Tramp arasında telefon danışığının təşəbbüskarının kim olduğu və Rusiya və ABŞ liderlərinin 2025-ci il fevralın 12-dən əvvəl əlaqə saxlayıb-saxlamaması ilə bağlı suallara cavab verməyib.
Peskov Putinin Trampı Rusiyaya səfərə dəvət etməsindən də danışıb. Vurğulayıb ki, Putinin Trampı dəvət etməsi onun Qələbə bayramına qatılacağı anlamına gəlmir: “Hələlik bu, heç nə demək deyil. Dəvət var, qarşılıqlı dəvət var. Prezidentlər bunu qeyd ediblər. Amma hələlik bu məsələdə konkret anlaşma yoxdur. Qarşılıqlı dəvətlərin mübadiləsi başqa, lakin ayrıca ikitərəfli görüşə diqqət yetirmək başqa bir prosesdir", - Putinin sözçüsü yekunlaşdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm