
Kremldən mesaj: Ruslar Gümrünü tərk edəcəklər?
13:41 22.04.2024
Dünya
535
Kreml Ermənistanın Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı müqavilənin tezliklə ləğvi ilə bağlı yayılan məlumatları şərh edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu barədə heç bir mənfi siqnalın olmadığını söyləyib.
Onun sözlərinə sözlərinə görə, Putin və Paşinyan arasında şəxsi təmas “qısa müddətdə” baş tuta bilər və liderlər bu və digər aktual məsələləri şəxsən müzakirə edə bilərlər.
“Biz gözləyirik ki, qısa müddətdə Prezident Putin və Baş nazir Paşinyan bunları və lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəklər”, deyə Kremlin sözçüsü vurğulayıb.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq Natiq Miri deyib ki, Hazırda rəsmi Moskva və İrəvan arasında Gümrüdəki 102 saylı hərbi bazanın ləğvi mövzusunda hər hansı müzakirə və ya söhbət mövcud deyil:

"Çünki buna nə Rusiya, nə də Ermənistan rəhbərliyi hazırdır. Rusiya Ermənistanla imzalanan müqavilə kontekstində Gümrüdə hərbi fəaliyyətini davam etdirir. Sadəcə olaraq Paşinyan hökuməti erməni ictimai fikrini buna hazırlamaq və Rusiyaya müəyyən mənada xəbərdarlıq etmək məqsədilə mövzunu zaman-zaman gündəmə gətirir. Qərbin bu məsələdə mövqeyinə gəldikdə isə, Qərb bütövlükdə rus qoşunlarının Ermənistandan çıxarılmasını istəyir. Ancaq bu yaxın zamanda mümkün olacaq hadisə deyil. Çünki Ermənistan hazırda rus qoşunlarını ərazisindən tamamilə çıxarmaq imkanlarından məhrumdur. Həmçinin, Ermənistan hökuməti bu addımın böyük risk daşıdığından da xəbərdardır. Hər bir halda Ermənistanın rus qoşunlarını ərazisindən çıxarması regionun təhlükəsizliyi üçün böyük addım olardı. Çünki Rusiyanın regionda hərbi varlığı bütün Cənubi Qafqaz ölkələrini narahat edir".
Yusif Məmmədxanlı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya