Lavrov və Vadeful arasında görüş təxminən 20 dəqiqə davam edib

Rusiya xarici işlər naziri Sergey Lavrov və Almaniya xarici işlər naziri Yohan Vadeful arasında görüş başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Bildirilir ki, danışıqlar 20 dəqiqədən bir qədər çox davam edib.

Görüş nazirlərin əl sıxması ilə başlayıb və daha sonra qapalı formata keçib. Almaniya xarici işlər naziri görüşün nəticəsi ilə bağlı şərh verməkdən imtina edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl Almaniya tərəfinin Rusiya diplomatiyasının rəhbəri ilə görüş tələb etdiyini bildirmişdi. Lavrov Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri ilə sonuncu dəfə 2022-ci il yanvarın 18-də, Annalena Baerbok bu vəzifəni tutduğu zaman görüşüb.