Lənət lövhəsi aşkarlandı
Yusif Nəzərli
20:14 06.04.2022
Dünya
639
İsraildə yazının əmələ gəldiyi tarixə yeni baxış ortaya çıxacaq
İsrailin Ebal dağı ətəklərində axtarış aparan arxeoloqlar poçt qəpiyindən bir qədər böyük lövhəcik aşkarlayıb. Lövhənin konkret hansı tarixə malik olduğu müəyyənləşərsə İsraildə yazının əmələ gəldiyi tarixə yeni baxış ortaya çıxacaq.
“Şərq” “Milliyet.com.tr”yə istinadən bildirir ki, mərkəzi ofisi ABŞ-da yerləşən “Associates for Biblical Research” arxeoloji şöbəsinin bir qrup alimi 2019-cu ildən etibarən İsrailin Nablus şəhərinin şimalındakı Ebal dağının ətəklərində arxeoloji qazıntı aparır. Arxeoloqlar qazıntılar zamanı üzərində qədim ibrani dilində yazı olan lövhəcik aşkarlayıb. Lövhənin üzərində “Lənətlik, lənətlik, lənətlik – Tanrı Yahveh tərəfindən lənətləndi” ifadələri yazılıb. Arxeoloqlar “Yahvey” sözünün ibrani dilində Allah – Tanrı anlamı verdiyini bildirir. Qazıntılara rəhbərlik edən doktor Skott Striplinq deyib ki, lövhənin hər iki üzündə 40 hərf “xilas edilib”. Bunlar erkən tunc dövrünə aiddir. Ehtimal edilir ki, lövhə miladdan öncəki dövrdən günümüzədək gəlib çıxıb. Əgər mülahizələr doğrulsa, bu tapıntı indiyədək məlum olan tarixi köklü şəkildə dəyişəcək. S.Striplinq “onu görər-görməz nə olduğunu anladım. Bu, lənət lövhəsi idi.
Onu tanıdım. Qəlbim az qala yerindən çıxacaqdı”, söyləyib. Tapıntının israillilərin tarixin hansı dövründə yazıyla tanışlığının başladığına dair mübahisələrə son qoya biləcəyi də deyilir. Mülahizələr təsdiqini taparsa, israillilərin oxu-yazı tarixi daha bir neçə yüzillik irəli çəkiləcək. Təl-Əviv Universitetinin professoru, arxeoloq İsrael Finkelşteyn isə Ebal dağı ətəklərindəki tapıntı ilə tədqiqatçıların iddiaları arasında böyük boşluq olduğunu deyib: “İncil və əski İsrail tarixi haqqında bildiyimiz hər şeyi zahirən dəyişdirən kəşflərlə bağlı sensasion iddialardan rahatsızam”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə