Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib

Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə şəhərin Molla Pənah Vaqif küçəsi ilə Mirzə Məhəmməd Axund küçələrinin kəsişməsində baş verib.

Belə ki, şəhər sakini, 1969-cu il təvəllüdlü Vüqar Bağırov idarə etdiyi avtomobildə hərəkətdə olarkən sükan arxasında qəfil ürəktutması keçirib. Nəticədə nəzarətdən çıxan avtomobil yol kənarındakı mağazaya çırpılıb. Hadisə yerinin tədqiqindən sonra meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.