Liberman: İsrail ordusunun sursatı 10 günə tükənə bilər

İsrailin keçmiş müdafiə naziri, müxalifətdəki "İsrail Evimiz" Partiyasının lideri Aviqdor Liberman ölkə ordusunun sursat ehtiyatlarının yaxın günlərdə tükənə biləcəyi barədə xəbərdarlıq edib.

Sherg.az xəbər verir ki, Liberman dövlət televiziyası Kana müsahibəsində "10 gün sonra İsrail Müdafiə Qüvvələrinin (SAXAL) sursatı qalmayacaq" deyə bildirib.

Onun sözlərinə görə, bu vaxt ərzində HƏMAS Qəzza zolağında mövqelərini gücləndirir və raket istehsalını davam etdirir. Liberman hesab edir ki, HƏMAS-ın yenidən güclənməsi prosesi artıq başlayıb.

Keçmiş nazir eyni zamanda İsrail hökumətini ölkənin təhlükəsizlik məsələlərinə kifayət qədər diqqət ayırmamaqda ittiham edərək, hazırda əsas diqqətin seçki kampaniyasına yönəldiyini bildirib.