Livan Prezidenti Cozef Aun İsrailin ölkənin cənubunda vəziyyəti gərginləşdirən addımları ilə barışmayacağını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə Prezident dəftərxanası məlumat yayıb.
Cozef Aun BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk ilə görüşündə Livanın ABŞ-də imzalanmış çərçivə sazişinə sadiq olduğunu, lakin İsrailin razılaşmanı pozmasına göz yummayacağını bildirib.
Prezident İsrail ordusunun Livan ərazisini vurmasını, evləri və kəndləri dağıtmasını Qəzzadakı planın bir hissəsi kimi qiymətləndirib. O, beynəlxalq ictimaiyyəti İsrailin bu pozuntularının qarşısını almağa çağırıb
BMT rəsmisi Folker Türk isə öz növbəsində humanitar pozuntularla bağlı xüsusi hesabat hazırlamaq üçün bölgədəki vəziyyəti diqqətlə izlədiyini diqqətə çatdırıb.