Liviyanın Baş naziri Türkiyəyə səfər edəcək
13:40 11.04.2021
Dünya
528
Sabah Liviyanın Baş naziri Əbdülhəmid Dibeybenin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.
Liviya Hökumətinin sözcüsü Məhəmməd Hammude bildirib ki, Ə. Dibeybeni müşayiət edəcək yüksək səviyyəli nümayəndə heyətinə Baş nazirin 5 müavini, 14 nazirlə bərabər, Baş Qərargah rəisi və digər hökumət nümayəndələrinin də daxil olması nəzərdə tutulub.
Liviya Hökumətinin sözçüsü səfər çərçivəsində enerji, səhiyyə və digər sahələrlə bağlı sənədlərin imzalanacağını, iki ölkə arasında bəzi sahələrdə əməkdaşlığı genişləndirməklə bağlı fikir mübadiləsinin aparılacağını nəzərə çatdırıb. Bundan başqa, Liviyadakı böhranla əlaqədar fəaliyyəti dayandırılmış Türkiyə şirkətlərinin yenidən fəaliyyətə başlaması üçün geri dönmələrinin müzakirə ediləcəyini bildirib.
Qeyd edək ki, BMT-nin təşəbbüsü ilə fevralın 5-də Liviyada 24 dekabr 2021-ci ildə keçirilməsi planlaşdırılan yeni seçkilərə qədər Liviya Siyasi Dialoq Forumunda Prezident Şurasının rəhbərliyinə Məhəmməd əl-Menfi, Milli Birlik Hökümətinin Baş naziri postuna isə Ə. Dibeybe seçilib.
Ə. Dibeybe vəzifəsinin icrasına başladıqdan sonra bildirib ki, Türkiyə Liviyanın iqtisadi tərəfdaşıdır və bu tərəfdaşlığı dəstəkləyirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol