Lukaşenko Minskdə Zelenskinin nümayəndələri ilə görüşdü

Belarus Prezidenti Aleksandr Lukaşenko bu yaxınlarda Minskdə Ukrayna lideri Volodimir Zelenskinin nümayəndələri ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Belarus lideri Moskva vilayətinin qubernatoru Andrey Vorobyovla görüşü zamanı bildirib.

Görüşün təfərrüatlarına toxunan A. Lukaşenko Ukrayna tərəfinə xəbərdarlıq etdiyini vurğulayıb:

"Həmin nümayəndələrə birbaşa dedim: "Dostlar, prezidentinizə çatdırın ki, əgər o, bizimlə bu şəkildə danışmağın və bizi müharibəyə cəlb etməyin mümkün olduğunu düşünürsə, dərindən yanılır. O bilməlidir ki, belə halda müharibənin məqsədi dərhal dəyişəcək. Bu, tamamilə başqa müharibə olacaq".