Macarıstan Prezidenti Tamaş Şuyok Baş nazirin səlahiyyət müddətini səkkiz illə məhdudlaşdıran Konstitusiyaya 16-cı düzəlişi təsdiqləyib.
Teleqraf xəbər verir ki, qanun keçmiş Baş nazir Viktor Orbanın yenidən bu vəzifəni tutmasına imkan vermir.
Yeni qaydalara əsasən, ümumilikdə səkkiz il və ya daha çox müddətdə Baş nazir vəzifəsini tutmuş şəxs, hətta səlahiyyət müddətləri fasilələrlə olubsa belə, yenidən Baş nazir seçilə bilməz. Eyni zamanda, məhdudiyyət hazırkı hökumət başçısının cari səlahiyyət müddətinə şamil edilmir və yalnız gələcək təyinatlara aid edilir.
Dəyişiklik 1990-cı ildən bu yana vəzifədə olmuş bütün Baş nazirlərə, o cümlədən 1998–2002-ci və 2010–2026-cı illərdə hökumətə rəhbərlik etmiş Viktor Orbana da şamil olunur.