Sabiq prezident həbsxanada İncil oxuyur, televiziya izləyir və ingilis dili öyrənir
Venesuellanın keçmiş prezidenti Nikolas Maduronun oğlu Nikolos Maduro Guerra atasının Nyu-York həbsxanasında ümumi kameraya köçürüldüyünü açıqlayıb.
Sherg.az xəbər verir ki, o, “Spiegel” nəşrinə müsahibəsində bildirib ki, Maduro əvvəlcə təkadamlıq kamerada saxlanılıb, daha sonra isə 18 məhbusun olduğu ümumi kameraya keçirilib.
Maduro Guerranının sözlərinə görə, sabiq prezident həbsxanada İncil oxuyur, televiziya izləyir və ingilis dili öyrənir.
Qeyd edək ki, Nikolas Maduro və həyat yoldaşı Cilia Flores bu ilin yanvarında ABŞ tərəfindən saxlanılıb. Onlara narkotik ticarəti və terrorizm ittihamları irəli sürülüb.