Maduroya Türkiyə ilə bağlı verilən təklif rəsmən təsdiqləndi

ABŞ-li senator Lindsi Qrem Prezident Donald Trampın Venesuela lideri Nikolas Maduroya Türkiyəyə getməsi ilə bağlı təklif verdiyini təsdiqləyib.

Teleqraf xəbər verir ki, o, bu barədə Trampla birlikdə jurnalistlərə açıqlamasında bildirib.

"Maduro bu gün Türkiyədə ola bilərdi, lakin hazırda Nyu-Yorkdadır. Donald Tramp Maduroya çıxış yolu təklif etmişdi, lakin o, Trampa və ABŞ ordusuna meydan oxumağı seçib. Nəticədə Maduro həbs olunub",- o deyib.

Qeyd edək ki, yanvarın 3-də ABŞ xüsusi təyinatlı qüvvələri Venesuelada Prezident Nikolas Maduro və onun həyat yoldaşını saxlayıb və ölkədən çıxarıb.

Venesuela xarici işlər naziri İvan Xil Pinto ABŞ-nin Karakasdakı hərbi və mülki obyektlərə zərbələrini hərbi aqressiya adlandırıb.