“Madyar Macarıstanı vətəndaş müharibəsinə aparır” - Keçmiş prezident

“Macarıstan Baş naziri Peter Madyarın qərarları ölkəni vətəndaş müharibəsinə aparır”.

Teleqraf xəbər verir ki, bunu Macarıstanın keçmiş prezidenti (2012-2022) Yanos Ader deyib.

“İndi gözlənilməz nəticələrlə təhlükəli presedentlər yarana bilər. Soyuq müharibə dövrünə, sevginin nifrət, sülhün müharibə, azadlığın isə köləlik olduğu Oruell dünyasına qərq ola bilərik”, - o, baş nazirin Macarıstanın hazırkı Prezidenti Tamaş Şuyoku Konstitusiya dəyişikliyi ilə hakimiyyətdən uzaqlaşdırmaq planlarını şərh edərkən qeyd edib.