Mariya Zaxarova: Moldovanlar məhv olacaq, Sandu cəzalandırılacaq
13:49 08.10.2025
Dünya
468
“Moldova prezidenti Maya Sandu ölkə vətəndaşlarına qarşı törətdiklərinə görə cəzalandırılacaq”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Düşünürəm ki, hər kəs öz haqqına düşəni alacaq. Sandu da Moldovada etdiklərinə və vətəndaşlara qarşı törətdiklərinə görə layiqli cavabını alacaq”, -o bildirib
Diplomat iddia edib ki, Moldovanın sakinləri “hazırkı faciəvi vəziyyətin girovu”na çevriliblər.
“Onlar sülh, bütün dövlətlərlə qonşuluq münasibətləri istəyirlər. Amma onların fikri Sandunun rəhbərlik etdiyi hakimiyyət tərəfindən görməməzdən gəlinir və saxta “Avropa yolunun dönməzliyi” şüarı ilə əvəz olunur. Əslində, bu dönməzlik Moldovanı yoxsulluğa və borc asılılığına aparır”.
O qeyd edib ki, 2025-ci ilin ilk altı ayında Moldovanın xarici borcu 10,5 faiz artaraq təxminən 11,5 milyard dollara çatıb: “Bu, Moldovanın gələcək nəsilləri üçün dözülməz bir yükdür. Ekspertlərə görə, bu qədər fəlakətli göstəricilərlə Moldovanın Avropa İttifaqına üzvlük perspektivi sadəcə reallıqla heç bir əlaqəsi olmayan siyasi şüardır. İnsanlara bu məlumatı vermirlər, əvəzində onlara başqa şey deyirlər: guya bir az da dözmək lazımdır, bir az da kəməri sıxmaq gərəkdir, guya onda Avropa İttifaqı və NATO-nun “liberal demokratiya”sı çərçivəsində böyük gələcək əldə olunacaq. Amma hansı bədələ? Sadəcə moldovan xalqının məhvi bahasına?”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya